Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərində Könüllü İfaçı ol

Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərində Könüllü İfaçı ol

İlk dəfə keçirilən Avropa Oyunlarının Açılış və Bağlanış mərasimləri idmanın, ölkənin, insanların və Azərbaycan mədəniyyətinin möhtəşəm bayramı olacaq.
Açılış Mərasimi Cümə günü 2015-ci il iyun ayının 12-də və Bağlanış Mərasimi Bazar günü 2015-ci il iyun ayının 28-də keçiriləcək.
Biz 68 000 nəfər tamaşaçı tutumu olan Milli Stadion və Avropa və dünyanın milyonlarla televiziya tamaşaçısı qarşısında Azərbaycanı təmsil etmək üçün təxminən 6 000 enerjili Könüllü İfaçılar axtarırıq.
Bu tədbir Azərbaycana tarixində ilk dəfə qismət olan tədbir və sizin Bakı şəhərində keçiriləcək ən böyük canlı yarışlarda iştirakınız üçün həyəcanverici imkandır.
Könüllü ifaçı olmaq üçün xüsusi bacarıqlar tələb olunmur, biz sadəcə yaşından və bacarıqlarından asılı olmayaraq ən enerjili və ən çalışqan oğlanlar və qızlar arayırıq. Yeganə tələblər sizin 2015-ci ilin mart ayının 1-də ən azı 18 yaşınız tamam olmalıdır və həmin tarixdən Mərasimlərə qədər məşqlərdə iştirak edə bilməlisiniz.

Follow us on FACEBOOK

Where to Apply