Bakıda “Start and up” forumu keçirilib

Fevralın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyinin “SABAH” qruplarının və “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının birgə təşkilatçılığı ilə “Start and Up” mövzusunda forum keçirilib.

Tədbirdə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının rəhbəri Ələkbər Mustafayev forumun məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib.

Forumda dünyanın texnologiya mərkəzi kimi tanınan Silikon Vadisindən mütəxəssislər Brock Hinzman və Eileen McGinnis “Texnoloji startaplar” mövzusunda təcrübələrini bölüşüblər.

Sonra “Biznesinə sıfırdan başla” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdən məqsəd orta və kiçik sahibkarlığın biznesə sıfırdan başlaması istiqamətlərini müəyyən etməkdir.

“SABAH” qruplarının “TechSOS” komandası təqdimatla çıxış edib.

Forumun tərəfdaşları UNEC və Azərbaycan Futuroloqlar Cəmiyyətidir.

AZƏRTAC