RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbi üçün tələbə şəhərciyi salınır

283

Paytaxtın Səbail rayonunda, Əhəd Yaqubov küçəsində Bakı Ali Neft Məktəbi üçün yeni tələbə şəhərciyinin (kampus) tikintisi işləri davam edir.

Səbail Rayon İcra Hakimiyyətindən  bildirilib ki, hazırda kompleksin 3 mərtəbəli yataqxana binasının fasadında və daxilində tamamlama işlər gedir.

Kompleksin inşasında xarici və yerli tikinti materiallarından istifadə olunub. Yataqxana 164 otaqdan ibarət olmaqla, 400 tələbə üçün nəzərdə tutulub. Bina müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchiz ediləcək.

Şəhərcikdə həmçinin böyük idman kompleksinin tikintisi və təmiri işləri aparılır. Burada tennis zalı, üzgüçülük hovuzu və digər idman qurğuları fəaliyyət göstərəcək.

Layihəyə görə, tikinti işlərinin 2015-2016-cı tədris ilinə başa çatdırılması gözlənilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı