Bakı Ali Neft Məktəbinin tələbələri liderlik xüsusiyyətləri barədə məlumatlandırılıblar

“BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbində (BANM) ustad dərsi keçib.

BANM-dən bildirilib ki, görüşdə ali məktəbin rektoru Elmar Qasımov, müəllimləri, tələbələri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli iştirak ediblər.

“Menecment, liderlik və motivasiya” mövzusunda keçirilən ustad dərsində təhsilin əhəmiyyətindən danışan B.Aslanbəyli tələbələrin BANM-də təhsil aldıqları üçün çox şanslı olduqlarını vurğulayıb. O, təhsili bitirdikdən sonra gələcək fəaliyyətin planlaşdırılmasından, peşəkar və şəxsi inkişafdan, karyeraya gedən yolun dəyərləndirilməsindən bəhs edib. Həmçinin tələbələrə horizontal və vertikal inkişafın xüsusiyyətləri izah edilib.

Görüşdə tələbələr liderlik xüsusiyyətləri, BP kimi transmilli şirkətlərin işə qəbul zamanı namizədlərdə görmək istədikləri peşəkar və şəxsi keyfiyyətlər, təhsil və karyeranın vaxtında, düzgün planlaşdırılması kimi mövzular barədə məlumatlandırılıblar.

B.Aslanbəyliyə minnətdarlığını bildirən E.Qasımov BP-nin BANM-in ən yaxşı tərəfdaşı olduğunu vurğulayıb.

Sonda peşəkar və şəxsi inkişafa dair tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, B.Aslanbəyli, eyni zamanda, BANM-in baş müəllimidir və bu ali təhsil ocağının neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrə dərs deyir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here