Bakı Dövlət Universitetində Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub

Oktyabrın 13-də Bakı Dövlət Universitetində (BDU) ikinci Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub.

Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Yunus Əmrə İnstitutu və BDU-nun dəstəyi ilə keçirilib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının keçirilməsinin başlıca məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan türklərin zəngin mədəniyyətə malik dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir.

Sonra Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir çıxış edib.

Bildirilib ki, 2016-cı ildə beş ölkədən yeddi filmlə keçirilən festivalın builki ikinci tədbirində artıq yeddi ölkədən 18 film nümayiş olunur.

Sonda TRT-nin hazırladığı “Sırac” sənədli filmi göstərilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here