Bakı Dövlət Universitetinin əməkdaşı Keele Universitetində sertifikata layiq görülüb

Bakı Dövlət Universitetinin (BDU) tətbiqi riyaziyyat və kibernetika fakültəsinin mühəndis-proqramçısı Sevinc Vəliyeva İngiltərənin Keele Universitetində “Workshop” proqramında iştirak edib.

BDU-dan bildiriblər ki, S.Vəliyeva “Dil – əməkdaşlığın bir hissəsi”, “Mədəniyyət müqayisələri: ali təhsil”, “Sistemlər və proseslər”, “Peşəkar xidmət, qlobal outlook”, “Peşəkarlaşmaq. Tələbə xidmətləri”, “Qlobal perspektivlər” və “Workshop sessiya” mövzularında mühazirələr dinləyib.

S.Vəliyeva “Ən yaxşı universitet necə olmalıdır” mövzusunda təqdimatla çıxış edib və sertifikata layiq görülüb.

Qeyd edək ki, BDU ilə İngiltərənin Keele Universiteti arasında “ERASMUS+KA01” tələbə-müəllim mübadiləsi layihəsi həyata keçirilir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here