“Bakı Elm Festivalı-2014” keçiriləcək

Azərbaycanın elm tarixində ilk dəfə elm festivalı təşkil olunacaq. Dialoq.info xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə formalaşdırılan “Bakı Elm Festivalı-2014” bu il noyabrın 10 və 11-də keçiriləcək.Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnoloji və innovativ nailiyyətlər də təqdim olunacaq.