RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.11.08 17:02

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar buraxılır

24

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir

Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 

Bildirilib ki, yeni qatarın təyin edilməsində məqsədi Dövlət Bayrağı Günü münasibətilə  Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 08:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 08:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da  Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı