RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.09.17 10:06

Bakı metrosunda nasazlıq: qatar yeddi dəqiqə tuneldə qaldı, qapılar açılmadı

50

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Qatar yeddi dəqiqəyə yaxın vaxtda “Nərimanov” stansiyası ilə “Ulduz” stansiyası arasında tuneldə qalıb.

Stansiyaya çatan qatarların qapıları bir neçə dəqiqə açılmayıb. İlkin məlumatlara görə, bir neçə sərnişinin halı pisləşib.

Eyni zamanda, metronun “Xalqlar Dostluğu” stansiyasında da qatar bir neçə dəqiqə gecikib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, artıq problem aradan qaldırılıb:

“Səhər saatları olduğu üçün metronun bir neçə stansiyasında sərnişin sıxlığı müşahidə edilir. Qatarın yubanmasına səbəb sərnişinlərin qatarın qapılarını saxlaması olub. Sistemdə yaranan problem səbəbindən vaqonda işıqlar sönüb. İntervalda üç dəqiqəyə qədər gecikmə olub.

Hazırda qatarların interval üzrə hərəkətinin bərpa edilməsi üçün işlər görülür. Hər iki stansiyada problem eyni səbəbdən baş verib”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı