RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Bakı Nəqliyyat Agentliyi: Piyada keçidlərindəki çatışmazlıqlar aradan qaldırılıb

28

Paytaxtın piyada keçidlərinin vəziyyəti ilə bağlı ötən il aparılan təhlillər nəticəsində aşkar edilən çatışmazlıqlar artıq aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, müxtəlif küçə və prospektlərdəki standartlara uyğun olmayan eyni səviyyəli piyada keçidləri yenidən normal qaydada piyadaların istifadəsinə verilib. Bəzi ünvanlarda piyadaların təhlükəsizliyi məqsədilə keçidlərə yeni elementlər əlavə edilib. Panduslar və dəmir məhəccərlər quraşdırılıb.

Piyada təhlükəsizliyinin vacib elementlərindən olan eyni səviyyəli piyada keçidlərinin standartlara uyğunlaşdırılması, zəruri olan yerdə yenilərinin təşkil edilməsi davamlı olaraq aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı