RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.09.11 12:11

Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı

34

Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik aylığına start verir.

İdarənin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən oktyabr ayının 15-dək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək:

“Tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır”.

Trend.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı