Bakı sakininə məxsus “Quran qabı” Tarix Muzeyinə təhvil verilib

XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan qızıl işləməli asma “Quran qabı” və qızıl zəncir boyunbağı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi fonduna təhvil verilib.

AMEA-dan bildirilib ki, 58,85 qram çəkisi olan “Quran qabı” Bakı sakininə məxsusdur. Qızıl zəncir boyunbağının çəkisi isə 42 qramdır.

Bu qiymətli metallar ölkəmizdə XIX əsrin sonu – XX əsrin əvvəllərində zərgərliyin yüksək səviyyədə inkişaf etməsinin bariz nümunəsidir. Zərgərlik məmulatları, həmçinin Azərbaycanın o dövr etnoqrafiyasının tədqiqi sahəsində mühüm əhəmiyyətə malikdir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here