Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxs təltif edilib

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində və istismara verilməsində fərqləndiklərinə görə bir qrup şəxsin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən 27 nəfər “Tərəqqi” medalı, 3 nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub, 4 nəfərə isə “Əməkdar mühəndis” fəxri adı verilib.

Həmçinin Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə 1 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here