RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Bakı Uşaq Kəndləri Proqram Direktoru (Filial Direktoru) vəzifəsinə vakansiya elan edir

831

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası özünün
Bakı Uşaq Kəndləri Proqram Direktoru (Filial Direktoru) vəzifəsinə vakansiya elan edir.

Uşaq Kəndləri Proqram Direktoru (UKPD) Milli Ofisin funksional işçi heyətinin rəhbərliyi və nəzarəti altında təşkilatın baxışı, missiyası və strategiyasına uyğun olaraq SOS Uşaq Kəndləri proqramının (UKP) icrasına rəhbərlik edir. O təşkilatda yerlərdəki dövlət və qeyri dövlət sahəsindən olan maraqlı tərəflərin qarşısında təmsil edir.

Əsas vəzifə və öhdəliklər

• SOS Uşaq Kəndləri Proqram Siyasətinin müvafiq beynəlxalq və milli qaydalar, strategiyalar və keyfiyyət standartlarına uyğun inkişaf etdirilməsinə və icra olunmasına rəhbərlik edir.
• Proqram daxilində bütün sahələrdə əməkdaşlığı koordinasiya edir.
• Proqram şöbələrinin resurslardan səmərəli istifadəsini təmin edir
• Proqramın işçi heyətinə rəhbərlik edir.
• Proqramın səmərəli menecment komandasını yaradır və ona rəhbərlik edir
• Proqramın büdcələşmə prossesinə rəhbərlik edir
• Vəsaitlərin düzgün xərclənməsinə əmin olur
• Daimi şəkildə daha keyfiyyətli xidmətlərin daha az xərclə göstərilməsi üçün yollar axtarır.
• Proqramda keyfiyyətin ümumi idarəolunmasına cavabdehlik daşıyır.
• Milli Direktor tərəfindən verilmiş vəkalət əsasında dövlət orqanları və təşkilatlar danışıqlar aparır, müqavilələr imzalayır
• Proqramın idarəedici işçi heyəti ilə birgə təşkilatı müvafiq yerli şəbəkələrdə, forumlarda, platformalarda, campaniyalarda, işçi qruplarında təmsil edir və təşkilat adından uşaq hüquqlarını müdafiəsində vəkil kimi çıxış edir.
• Proqramın fəaliyyəti və inkişaf barədə mütəmadi olaraq Milli Direktora və Mill Ofisdə müvafiq işçilərə hesabat verir.

Əsas kriteriyalar

• Sosial elmlər, hüquq, ictimai idarəetmə və ya iqtisadiyyat sahəsində ali təhsil
• Social rifah, xüsusilə də uşaqların və gənclərin rifahı sahəsində ən azı 3 illik menecment təcrübəsi
• İnsanların birbaşa idarəolunması sahəsində və rəhbər vəzifələrdə ən azı 3 illik iş təcrübəsi
• Proqram idarəetməsi, monitorinq və qiymətləndirmə sahəsində bacarıqlar.
• Büdcə və maliyyə idarəetməsi və təşkilati bacarıqlar
• İnsan Resursları sahəsində anlayış və bacarıqlar, fəaliyyətin idarəedilməsi bacarıqları
• Liderlik bacarıqları, komanda qurmaq, motivasiya etmək bacarıqları
• Maliyyə toplanması, xüsusilə də ictimai maliyyə sahəsində ilkin biliklər
• Standartlar, hüquqi məsələlər, xüsusilə uşaqların rifahı sahəsində inkişaflardan xəbərdar olmaq.
• Yüksək ünsiyyət, danışıq və şəbəkələşmə bacarığı
• İngilis və rus dili biliyi

Uyğun namizədlər öz CV-lərini, məktubun “SUBJECT” qrafasında “Baku CVPD” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

CV-lərin göndərilməsinin son tarixi 05.08.2015

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı