Bakı Zooloji Parkı qışa necə hazırlaşıb?

Bakı Zooloji Parkında qışa hazırlıq işləri yekunlaşıb. Bunu Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

A.Hüseynovun sözlərinə görə, zooparkda yonca, arpa və buğdadan yem tədarükü görülüb.

Direktor həmçinin bildirib ki, zooparkın istilik sistemi mütəxəssislər tərəfindən yoxlanılıb və saz vəziyyətə gətirilib:

“Soyuğa dözümü olmayan bütün heyvanların, əsasən də timsahın qəfəsində isti döşəmə, meymunların, tutuquşuların və ilanların qaldığı yerlərdə istilik sistemi tam hazır vəziyyətdədir”.

A.Hüseynov yeni heyvanlar barədə də danışıb: “Hazırda zooparkda 150 növdə mindən çox heyvan var. Hələlik bu növlərin sayını artırmasaq da, tək olan heyvanlarımız var. Yaquar, Amur pələngi və makakanın digər cinsinə ehtiyac var”.

Zoopark direktoru qeyd edib ki, Bakı Zooloji Parkında qış yuxusuna gedən heyvanlar yoxdur. Səbəb isə odur ki, heyvanlar gündəlik olaraq yemlənirlər:

“Yuxuya gedən heyvanlar daha çox Novosibirsk və Surqut kimi şimal şəhərlərinin zooparklarında olur”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here