RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

  Bakıda AVCİYA  koordinatorlarının toplantısı keçirildi

294

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu il keçiriləcək parlament seçkilərini ölkə üzrə müşahidəsini təşkil edəcək. Bununla əlaqədar AVCİYA  rayon koordinatorlarının toplantısı keçirilib. Bakının Ambasador otelinin akt zalında keçirilən toplantıda AVCİYA-nın I Vitse Prezudenti Vəli Əlibəyov və AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış ediblər. Onlar AVCİYA-nın seçkilərlə bağlı gördüyü işlər barədə məlumat vermişlər. Çıxışlarda bildirilmişdir ki, AVCİYA seçkilərlələ bağlı “Aralıq Hesabat(01 may –  01 sentyabr 2015-ci il)”, “ Azərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Etiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair analitik təhlil” və digər sənədləri hazırlayaraq ictimaiyyətə təqdim edib. Oktyabrın axırlarında seçkilərlə bağlı yeni bir hesabat ictimaiyyətə açıqlanacaq.  Bundan başqa AVCİYA nümayədələrinin AŞPA-nın nümayəndə heyəti ilə görüşdə müzakirə olunan məsələlər barədə də tədbir iştirakçılarına məlumat verilib.

Görüşün sonunda tədbir iştirakçılarına görəcəkləri işlər barədə təlimatlar verilmiş və Seçki Qərargahı tərəfindən hazırlanmış “Müşahidəçilərin yaddaş kitabçası” paylanmışdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı