Bakıda “Birləşmiş Krallıqda Təhsil” sərgisi keçiriləcək

Birləşmiş Krallıqda təhsil almaq arzusundasınız?!
British Council Azərbaycan bu arzunuza çatmaq üçün sizə şans yaradır. Bunun üçün 1-2 noyabr 2014-cü il tarixlərində Hilton Hotel Baku-da keçiriləcək British Council Azərbaycanın növbəti Education UK təhsil sərgisinə qatılın!Dialoq.info-nun məlumatına görə, bu payız sərgidə Birləşmiş Krallığın 42 aparıcı universiteti, kolleci, məktəbi və İngilis dili kursları iştirak edəcək. Education UK sərgisinin əsas məqsədlərindən biri müasir tələbələrə akademik biliklərlə yanaşı müstəqil düşünmə və yaradıcılıq imkanları verən Britaniya təhsil sisteminin geniş imkanlarını tanıtmaqdır. Bu Birləşmiş Krallığın yüksək reytinqli universitetlərinin, ən güclü kollec və məktəblərinin və ən yaxşı İngilis dili kurslarının Azərbaycandakı ən böyük sərgisidir.Sərgidə iştirak etməklə siz müxtəlif təhsil pillələri üzrə tədris imkanları, təqaüd proqramları, distant təhsil barəsində məlumatlana, universitetlərə, məktəb və kolleclərə birbaşa ərizə qəbulu, təhsil müəssisələrinin nümayəndələri ilə özünüzün və ya övladlarınızın təhsil planları ilə bağlı konsultasiya almaq imkanlarından yararlana biləcəksiniz. Sərgidə eyni zamanda Birləşmiş Krallıqda təhsil ilə bağlı universitet, məktəb və kolleclərin nümayəndələri tərəfindən müxtəlif təqdimatlar və British Council tərəfindən isə maraqlı müsabiqələr keçiriləcək.Bütün bu imkanlar üçün siz sadəcə aşağıdakı linkə daxil olub sərgiyə qeydiyyatdan keçməlisiniz:
https://www.eventbrite.com/register?orderid=344529806927&client_token=71c07017fb1f414387d5cbb5b7602204&eid=12898795645