Bakıda FIG-nin kursları keçirilir

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə üçüncü dərəcəli məşqçi kurslarına start verilib.
FIG Akademiyasının ekspertləri tərəfindən təşkil olunan kurslarda Rusiya, Ukrayna və Bolqarıstan məşqçiləri də iştirak edirlər.
Yanvarın 15-dək davam edəcək kurslar idman tibbi, psixologiya və idman zədələrinin qarşısının alınması kimi mövzuları əhatə edir.
Ümumilikdə kurslara ikinci dərəcəli sertifikat almış 22 məşqçi qatılıb.
Qeyd edək ki, bundan əvvəl Bakıda FIG-nin birinci və ikinci dərəcəli məşqçi kursları keçirilib.
Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here