Bakıda fotoqrafların əsərləri sərgilənəcək

Bakıda fotoqrafların əsərləri sərgilənəcək

Mayın 30-də “Arts Council Azerbaijan” təşkilatı gənc və həvəskar rəssamların tanıdılması üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Şəbəkəsi ilə birgə “Xatirələr” adlı fotosərgi təşkil edəcək.

“Art Villa” qalereyasında açılacaq sərginin kuratoru Nurziya Xəlilova və Natalya Yarkovayadır.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif üslubda və texnikada işlənən sənət əsərləri – rəngkarlıq, qobelen, heykəltəraşlıq nümunələri təqdim olunacaq. Sərgiyə qatılmaq istəyənlər öz əsərlərini mayın 20-dək gs@artscouncil.az elektron ünvana göndərə bilərlər.

AZƏRTAC