RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Bakıda III Mövsüm Səyahət Yarmarkası keçirilir

368

Hazırda Bakı Şəhərində yerləşən “Park Bulvar” ticarət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə “ III Mövsüm Səyahət Yarmarkası” keçirilir.

Yarmarkada Respublikamızda fəaliyyət göstərən 20-dən çox turizm şirkətləri və mehmanxanaların təklif etdiyi ölkədaxili və ölkəxarici Yeni il turu məhsulları, eləcə də endirimli paket və fürsətlər insanlara təklif olunur. Turizm şirkətlərinin və mehmanxanaların stendlərində ziyarətçilərə proqramlar təklif olunur, endirimlər haqqında məlumat verilir.

Bu il 3-cü təşkil olunan yarmarkaya insanların marağı böyükdür. Turizm şirkətlərinin nümayəndələri də bu cür maraqdan məmnundur.

Tədbir çərçivəsində, həmçinin, ziyarətçilər müxtəlif müsabiqələrdə iştirak etməklə iki nəfərlik ölkə daxili və xaricinə Yeni il turları da əldə edə biləcəklər.

“III Mövsüm Səyahət Yarmarkası” bu gün və sabah olmaqla 2 gün müddətində,  saat 12:00-dan 20:00-dək fəaliyyət göstərəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı