Bakıda ilk dəfə uşaq müziklı keçirildi

Azərbaycanda “Ələddin” adlı ilk uşaq müziklının premyerası keçirilib.

Premyera Heydər Əliyev Sarayında baş tutub.

Müziklın quruluşçu-rejissoru – Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda –populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Əməkdar artistləri Ələkbər Əliyev, Hüseyn Abdullayev və başqa tanınmış aktyor-müğənnilər çıxış edib.

Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa etdiyi bənzərsiz muzkl təkcə balacaların deyil, böyüklərin də ürəyincə olub.

Azərbaycanın tarixində ilk dəfə keçirilən uşaq müziklı alqışlarla sona çatıb.

Musavat.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here