Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox klassik avtomobil iştirak edib. Bunlar yürüş üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş edilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri olub.

Yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Klassik avtomobillər Heydər Əliyev Mərkəzi – Koroğlu Rəhimov küçəsi – Fətəli xan Xoyski küçəsi – Vaqif prospekti – Səməd Vurğun küçəsi – Ənvər Qasımzadə küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – İnşaatçılar prospekti – Akademik Lev Landau küçəsi – Hüseyn Cavid prospekti – Parlament prospekti – Mehdi Hüseyn küçəsi – Teymur Elçin küçəsi – Mixail Lermontov küçəsi – Niyazi küçəsi – Azneft meydanı – Neftçilər prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti – Heydər Əliyev Mərkəzi marşrutu üzrə yürüş edib və sonda Mərkəzin parkında sərgilənib.

Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here