Bakıda “Postsovet ölkələrində sosial iş: sosial iş təhsilində nailiyyətlər və problemlər” elmi-praktik konfrans keçirildi

“Azərbaycanda Sosial İş Təhsilinin Təkmilləşdirilməsi”(ASİTT) layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası (SİMBA), Moldova Sosial İşçilər Assosiasiyasının və Azərbaycan Sosial İş İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində beynəlxalq konfrans həyata keçirildi. 26 Aprel 2018-ci il tarixində Bakıda “Post Sovet ölkələrində sosial iş: sosial iş təhsilində nailiyyətlər və problemlərə dair 4-cü elmi-praktiki konfrans” həyata keçirildi. Konfrans əsasən Post Sovet ölkələrində sosial iş təhsilinə dair çətinlikləri, bu sahədə davamlı beynəlxalq dialoqun təmin edilməsi və ideyaların mübadiləsini, kurrikulum və proqram inkişafını, həmçinin regionda sosial iş peşəsinin gələcək inkişafı ilə bağlı müzakirələr edildi.
Konfransda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Hadı Rəcəbli, Elm və Təhsil Komitəsinin üzvü Aqiyə Naxçıvanlı və Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Aparat Rəhbəri Ceyran Rəhmətullayeva da daxil olmaqla, bir neçə dövlət nümayəndəsi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələri, BMT-nin Uşaq Fondunun nümayəndəsi və bütövlükdə 10 ölkənin sosial iş üzrə peşəkar mütəxəssisləri, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının Prezidenti Prof. Dr. Annamariya Kampanini və Qlazqo Universitetindən Dr. Yan Miliqan əsas məruzələrlə çıxış etdilər və tədbirdə həmçinin Türkiyə, Qazaxstan, İran, ABŞ, Qırğızıstan, Litva, İtaliya, Şotlandiya və Gürcüstanın kimi müxtəlif ölkələrin peşəkar sosial işçilərinin iştirakı ilə sosial iş təhsili ilə bağlı üç panel sessiyası həyata keçirildi. Ümumilikdə, konfransda 10 ölkədən 20 beynəlxalq nümayəndə iştirak edirdi.
Konfransı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Prof. Dr. Fərəh Əliyevə salamlama çıxışı ilə açıq elan etdi və daha sonra Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Hadı Rəcəbli və Elm və Təhsil Komitəsinin nümayəndəsi Nigar Rüstəmli Azərbaycanda Sosial İş Təhsili və Sosial Xidmətlər haqqında məruzələrlə çıxış etdilər. Keçirilən panellərdən sonra isə konfransın məruzəçiləri təşəkkürnamə ilə təlftif olundu. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Sosial İş İctimai Birliyi arasında Azərbaycanda sosial iş təhsilinin inkişaf etditrilməsi məqsədilə Əməkdaşlıq Memorandumu imzalandı. Konfransın sonunda Azərbaycanda sosial iş təhsilində mövcud problemlərinin aradan qaldırılması üçün təkliflər irəli sürüldü.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here