Bakıda Qarabağla bağlı mitinq keçirilir

Bakıda “Qarabağa azadlıq” adı altında mitinq keçirilir. Mitinq iştirakçıları Yasamal rayonundakı “Məhsul” stadionuna toplaşıblar.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca QAT sədri Akif Nağı çıxış edib.

O, beynəlxalq təşkilatlardan münaqişənin həllinə diqqət ayırmağı tələb edib. Bildirib ki, münaqişə sülh yolu ilə həll olunmasa, hərb yolu qaçılmazdır.

Hazırda mitinq çıxışlarla davam edir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə keçirilən mintinqə icazə verib.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here