Bakıda “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda konfrans keçiriləcək

Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Təhsil Nazirliyi və AMK-nın birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMK-dən bildirilib ki, iki gün davam edəcək konfransda Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Özbəkistan və Qazaxıstandan olan etnomusiqişünasların, musiqi tədrisi üzrə mütəxəssislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin iştirakı və məruzə ilə çıxışı nəzərdə tutulur.

Konfransda “Musiqi ənənələrində qoruyucu mexanizmlər və funksional sistemlər”, “Musiqi ənənəsi mədəni mənsubiyyətin nişanı və rəmzi kimi”, “Etnomuisiqişünaslıqda müasir tədqiqat yanaşmaları”, “Milli musiqi ənənələri və müasir bəstəkar yaradıcılığının qarşılıqlı əlaqələri”, “Eklektik (hibrid, simbiotik) musiqi janr və üslublarında yenilənmə potensialı və multikultural mahiyyəti” və digər mövzuda məruzələr dinləniləcək.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here