Bakıda rəssamlar əl işlərini sərgiləyəcəklər

Bakıda rəssamlar əl işlərini sərgiləyəcəklər

Art Villa qalereyasında noyabrın 15-də rəssamların əl işlərindən ibarət sərgi keçiriləcək. Sərgini keçirtməkdə məqsəd daha az tanınmış rəssamlara dəstək olmaq, onların bacarıqlarını insanlara çatdırmaqdır.

Sərgidə 20-dən çox gənc rəssamın verilən mövzu üzrə, yağlı boya ilə çəkdikləri əsərlər nümayiş etdiriləcək. Sərginin mövzusu “Bir Günəş”dir.

Qeyd edək ki, sərgi “Dünya rəssamlığı” incəsənət klubunun təşkilatçılığı, Art Council və Gənclər Şəbəkəsinin dəstəyi ilə baş tutacaq.