Bakıda Şərq tərəfdaşlığı və Vişeqrad ölkələri gənclərinin II Beynəlxalq Gənclər Əməkdaşlıq Forumu keçirilir

“Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, MeOut Assosasiyasının tərəfdaşlığı ilə Bakıda “Şərq tərəfdaşlığı və Vişeqrad dördlüyü: İmkanlar və Perspektivlər” mövzusunda II Beynəlxalq Gənclər Əməkdaşlıq Forumu keçirilir. Şərqi Avropa ölkələrinin nümayəndələrinin, Azərbaycan rəsmilərinin iştirak və çıxışlar etdiyi tədbir 4 dekabr 2017-ci il tarixində start götürüb və 3 gün davam edəcək.

Açılış mərasimində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi, Beynəlxalq Vişeqrad Fondunun nümayəndəsi İrena Krasniçka, Şərq tərəfdaşlığı (Azərbaycan, Gürcüstan, Belarusiya, Moldova, Ukrayna) və Vişeqrad dördlüyü (Polşa, Çexiya, Slovakiya, Macarıstan) ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak ediblər. Onlar forumun ölkəmizdə keçirilməsinin vacibliyini vurğulayıblar və 2014-cü ildə keçirilən ilk forumun uğurlu nəticələrinə diqqət çəkiblər. Bundan əlavə, beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub, maliyyə imkanları və proqramlar haqqında gənclərə və gənclər təşkilatlarına təqdimatlar nümayiş etdirilib.

Forumun ikinci günündə gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri digər iştirakçılar üçün bir sıra qrup işləri keçirəcək, iki region gənclərinin faydalana biləcəyi layihələrin hazırlanması üzərində iş aparacaqlar.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı ölkələrinin layihələrinin maliyyələşdirmək təklifləri ilə çıxış edən Beynəlxalq Vişeqrad Fondu ikinci dəfə Bakıya Forum çərçivəsində dəvət edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here