RESPONSIVE LEADERBOARD AD AREA
SAĞLAMLIQ 2019.10.03 13:05

Bakıda sinir-əzələ xəstəlikləri üzrə beynəlxalq konfrans keçirilir

93

Oktyabrın 3-də Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb.

Konfransda yerli mütəxəssislərlə yanaşı Almaniya, Gürcüstan və Rusiyadan gəlmiş professorlar, həkimlər də iştirak edirlər.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib ki, nevrologiya, sinir-əzələ xəstəliklərinin öyrənilməsi universitet üçün əhəmiyyətli mövzulardandır. “Universitet baza tibb təhsili ilə yanaşı həkim rezindentlərin hazırlanmasında çox aktiv iştirak edir. Konfransa müxtəlif ölkələrdən mütəxəssislər qatılıblar. Bu tədbir mütəxəssislər arasında əməkdaşlığın yaranmasına kömək edəcək, həkimlər yeniliklərlə bağlı məlumatlandırılacaqlar”,-G.Gəraybəyli qeyd edib.

Tədbirdə Milli Nevroloqlar Assosiasiyasının prezidenti Rəna Şirəliyeva da çıxış edib. R.Şirəliyeva bildirib ki, Azərbaycanda elmi konfransların keçirilməsi artıq ənənəyə çevrilib. Belə tədbirlər Azərbaycan alimləri, tibb işçiləri üçün çox əhəmiyyətlidir.

Daha sonra Almaniyadan gəlmiş professorların məruzələri dinlənilib.

Qeyd edək ki, konfransda əzələ-sinir xəstəliklərinin müasir diaqnostikası və müalicəsinə dair beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən yeni məlumatların paylaşılması, elektromiqrafiya diaqnostik metodu üzrə təməl və təkmil səviyyələrdə nəzəri təlimin aparılması nəzərdə tutulub.

Tədbir müzakirələrlə davam etdirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı