Bakıda “Türkiyə günləri həftəsi” başlanıb

Aprelin 16-da Bakıda “Türkiyə günləri həftəsi” başlanıb.

Tədbir Bakı Yunus Əmrə İnstitutu və Bakı Avrasiya Universitetinin (BAU) birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində BAU-nun prorektoru Səyavuş Qasımov aprelin 20-dək davam edəcək həftə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, “Türkiyə günləri həftəsi”ndə Türkiyənin mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, mətbəxinin, görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində müxtəlif tədbirlər keçiriləcək. Həftə çərçivəsində milli rəqslər, bəstəkar və xalq mahnıları, şeirlər ifa ediləcək, Rəşad Nuri Güntəkinin “Bir yudum su” hekayəsi əsasında tamaşa göstəriləcək.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir Azərbaycan-Türkiyə ədəbi əlaqələrindən danışıb.

Tədbir musiqi proqramı ilə davam edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here