Bakıda “Ulduzlar sönmür” adlı akustik və elektron musiqi axşamı

Azərbaycanda ilk dəfə təşkil olunan Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının ilk günü maraqlı konsert proqramı ilə başa çatıb.

Sentyabrın 27-də Bakıda təqdim edilən “Ulduzlar sönmür” adlı akustik və elektron musiqi axşamının iştirakçıları həm doyunca əylənib, həm də insanı mənəm kamilliyə səsləyən ifalardan zövq alıblar.

Proqram media rəssamlar Orxan Məmmədov (Azərbaycan) və Maotikin (Fransa) hazırladığı vizual effektlərin müşayiəti ilə mənəvi rahatlıq və kamilliyə səsləyən musiqilər təqdim olunub.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Sentyabrın 30-dək davam edəcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here