RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Bakıda və rayonlarda təcrübə imkanı

1.0K

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

AzərKredit universitet tələbələrinə aşağıdakı departamentlərdə təşkilatın Baş Ofisində təcrübə keçmə imkanı təklif edir:

  • Marketinq və Məhsulların İnkişafı departamenti
  • İnsan resursları departamenti
  • İnzibati şöbə

Təcrübə keçmə imkanı AzərKreditin aşağıda göstərilən bütün filiallarda da mümkündür
Bakı (Yasamal)              Horadiz                           Yevlax                              Şəmkir
Həzi Aslanov                İmişli                                 Mingəçevir                        Qazax
Lökbatan                       Sumqayıt                         Gəncə (Nizami)                 Göranboy
Mərdəkan                      Şabran (Dəvəçi)              Gəncə (Kəpəz)                 Tovuz
Qaradağ                       Ağdam                             Göygol                               Qovlar
Sabirabad                     Ağcabədi                         Samux                               Biləsuvar
Saatlı                             Zərdab                            Bərdə                                 Salyan
Beyləqan                      Göyçay                            Tər-tər                               Cəlilabad
Bala-Bəhmənli              Ağdaş                              Gədəbəy

Təcrübə keçmə proqramı üç ay müddətinə davam edəcəkdir. Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.
Tələblər:

  • Universiteti yeni bitirmiş məzunlar və ya 3-cü və ya 4-cü kurs tələbələri;
  • Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
  • İngilis dilinin bilməsi arzuolunandır;
  • Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
  • Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
  • Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
  • Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.

Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: [email protected] (xahiş edirik, email məktubunun Mövzu sətrində ‘intern” sözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 31 may 2015-ci il tarixədək AzərKredit filiallarına təqdim etməlidir

Aze_Application_Form_Rev_06_

Xahiş edirik müraciət etdiyiniz department və ya filialı dəqiq qeyd edin. Əks təqdirdə, sizin namizədliyiniz qəbul edilməyəcəkdir.

Nəzərə alın ki, yalnız seçilmiş namizədlər qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı