Bakıda yeraltı yol ötürücüsü tikilir

Bakıda daha bir yolda sürücülərin işi asanlaşır. Xezerxeber.az-ın məlumatına görə, söhbət Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən və Keşlə qəsəbəsindən Keşlə dəmiryolu stansiyası istiqamətinə gedən yoldan gedir.

Dəmiryolu keçidində qatarın və ətrafda yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yeraltı yol ötürücüsü tikilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, tikinti ilə əlaqədar yolda sürücülərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Əvvəllər qatarlar həmin ərazidən keçəndə dəmir yolu avtomobil yolu ilə kəsişdiyi üçün sürücülər qatarın getməsini gözləməklə bir müddət vaxt itirməli olurdu. Bununla yanaşı, piyadaların da dəmiryolu xəttini keçməsi təhlükə yaradırdı. Ancaq yeni tunelin tikintisindən sonra bu kimi problemlər yaşanmayacaq.

Ərazidə tunelin tikintisinə görə avtomobillərin hərəkəti 3 ay müddətinə məhdudlaşdırılırması nəzərdə tutulub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here