RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.17 11:07

Bakıda yol polislərinə yeni formalar verildi

296

Artıq Respublika Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti əməkdaşlarına yeni uniformaların verilməsinə başlanılıb.

Dialoq.info-nun Trend-ə istinadən məlumatına görə, lakin paytaxtda bütün yol polisi əməkdaşları yeni formalarda deyil.

Məsələ ilə bağlı BŞDYPİ-dən bildiriblər ki, yeni formalar ilk olaraq Bakının mərkəzi hissəsində xidmət həyata keçirən yol polisi əməkdaşlarına paylanılıb: “Yaxın günlərdə Bakının digər rayonlarında da əməkdaşlara yeni formalar paylanacaq. Bundan sonra mərhələli şəkildə respublika üzrə bütün yol polisi əməkdaşlarına yeni formaların paylanılması həyata keçiriləcək”.

Qeyd edək ki, yeni forma əvvəlkilərdən gödəkçə, köynək və kəmərləri ilə fərqlənir. Belə ki, yol patrul xidməti əməkdaşlarına verilən yeni formada köynək və gödəkçə qara rənglidir. Gödəkçənin üzərinə ağ xətt əlavə edilib. Yol-patrul xidməti əməkdaşlarına verilən yeni köynək isə əvvəlki kimi ağ deyil, qara rənglidir. Köynəyin üzərində qırmızı zolaq yerləşdirilib. Köynəyin materialı və dizaynı da əvvəlkilərdən fərqlənir.

Yeni formada yol-patrul xidməti əməkdaşının kəmərinin rəngi isə əvvəlki kimi ağ olsa da, materialı dəyişib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı