Bakıdakı 187 nömrəli tam orta məktəbin məzunlarından 2-si qızıl medala layiq görülüb

Bakıdakı 187 nömrəli tam orta məktəbdə təhsilin inkişafı üçün səmərəli layihələr həyata keçirilir, uğurlu nəticələr qazanılır.

Bu barədə məktəbdən məlumat verilib. Bildirilib ki, bu il məzunlardan iki nəfəri – Aytac İsmayıllı və Fatimə Muxtarova qızıl medala layiq görülüblər.

Liseyin məzunları 2017-2018-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında ürəkaçan nəticələr əldə ediblər.

Xatırladaq ki, məktəb 2009-2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here