Bakının bitki aləmi tədqiq olundu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin sifarişinə əsasən yerli torpaq-iqlim şəraitinə uyğun ağac-kol bitkilərini qruplaşdırıb.

Bu barədə AMEA Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Zümrüd Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Bakının iqliminə uyğun olan ağaclar sərv, şam, ardıc, tuya, birgöz, ölməzkol, palma, çaqqalqozu, kağızağacı, mərsin, qarağac, dəfnə, suriya qızılgülü, dəniz senerariyası və s.-dir.

Z.Məmmədova qeyd edib ki, yerli torpaq-iqlim şəraitinə uyğun olan ağac və kollar artıq Bakıda yeni salınan park və bağların yaşıllaşdırılması məqsədi ilə istifadə edilib.

Direktor müavini əlavə edib ki, Azərbaycanın təbii və mədəni denfoflorasının müasir vəziyyətinin hərtərəfli monitorinqi də aparılıb, növlərin yayılma arealları araşdırılaraq qruplaşdırılıb.

Trend