Günorta saatlarında Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə Şəmsi Rəhimov küçəsində baş verib.
Qəza zamanı “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.
Hadisədən sonra “Mersedes” yol kənarındakı işıq dirəyinə çırpılıb.
