RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.09.11 15:17

Bakıya qarşı bu kampaniya terrordur – Mir Şahin

49

Məncə, hər şey aydındır. Mən xaricdə Azərbaycana qarşı aparılan kampaniyanı terror elan etmişəm.

Dialoq.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri bu gün “Park İnn” otelində Ana Vətən Partiyasının təşkilatçılığı ilə “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı Real TV-nin rəhbəri Mir Şahin Ağayev deyib.

O əlavə edib ki, mühacirlərdən danışmaq niyyəti yoxdur:

“Söhbət sosial mühacirlərdən gedir. Mühacirlərin götürəcəyi nümunə Rəsulzadədir. Amma onlar öndər olaraq akademik Cəlal Əliyevi seçirlər.

Fikrimcə, dövlət müstəqilliyi ilə vətəndaş müstəqilliyi arasında seçim var. Mən dövlət müstəqilliyini seçirəm. Dövlət müstəqilliyi olmasa, vətəndaş müstəqilliyi də olmaz.

Mən jurnalistləri, nüfuzlu insanları ortaya fərdi mövqe qoymağa çağırıram. Azərbaycan müstəqilliyinə xarici təsirlərə hər bir kəs cavab verməli, dövlətin yanında olmalıdır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı