“BakuBus” açıqlama yaydı

Mayın 22-də saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısına çıxıb və o, həmin nəqliyyat vasitəsinə dəyib. Hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisə zamanı qeydə alınmış görüntülər nəzərdən keçirilir. Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here