RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

BALACA YARAT / Ailənizlə Bazar Günü / Rəng Partlayışı / Yaradıcı Ol

495

Balaca YARAT layihəsi çərçivəsində “Ailənizlə Bazar Günü” keçiriləcək tədbirdə rəssam Natəvan Əliyeva ilə kollaj texnikası üslubunda rəngbərəng əsərlərin yaradılması Sizə təqdim olunacaq. Natavan Əliyeva İçəri Şəhərdə yerləşən “Natavan gallery&club” qalereyasının Art-Direktorudur və eyni zamanda “Baku Design School” məktəbində “Fashion Design School” kursunun kurator vəzifəsində çalışır və yaradır. İştirak edin və ailənizlə birgə əyləncə dolu gün keçirin.

YARAT ailənizlə maraqlı və əyləncə dolu həftəsonu keçirməyiniz üçün hər Bazar və Şənbə “BALACA YARAT” layihəsi çərçivəsində “Ailənizlə Bazar Günü”, “Rəng Partlayışı”, “Yaradıcı Ol” və “Təxəyyül Bacarığı” tədbirləri təqdim edir. Tədbirlərin əsas məqsədi uşaqlarda müasir incəsənətə maraq oyatmaq, yaradıcılıq vasitəsilə özlərini ifadə etməyi öyrətmək, təxəyyülü və yaradıcılıq həvəslərini artırmaq. Uşaqların hər yaş dövrünə uyğun proqram tərtib olunub.

1.”Ailənizlə Bazar Günü”.
Hər Bazar günü saat 11:30-dan 13:30-a kimi
YARAT Müasir İncəsənət Mərkəzində ailələr üçün “Ailənizlə bazar günü” adlanan tədbir təşkil olunacaq.
Proqrama daxildir:

Mərkəzdə nümayiş etdirilən sərgilərdə uşaq və böyüklər üçün bələdçi ilə ekskursiyalar keçiriləcək.
Tanınmış müasir incəsənət xadimlərinin apardığı yaradıcılıq məşğələləri.
Fərdi təxəyyülü və təsviretmə bacarığını artıran, bütün ailə üzvlərinin iştirakı ilə həyata keçirilən yaradıcılıq fəaliyyəti.

2.”Rəng Partlayışı”. 3-6 yaşında olan uşaqlar üçün proqram. Hər Şənbə saat 11:00-dan 13:00-a kimi
YARAT Müasir İncəsənət Mərkəzində sizinlə uşağınız üçün “Rəng partlayışı” adlanan tədbir təşkil olunacaq! Proqrama daxildir:

Təcrübəli uşaq təlimçisinin keçirdiyi təsviri sənət dərsləri. >“Yaşıl kafe” də böyüklər üçün fud-art (yeməklərin zövqlə bəzədilməsi) dərsləri.

3.”Yaradılıcı Ol”. 7-9 yaşında olan uşaqlar üçün proqram. Hər Şənbə saat 14:00-dan 16:00-a kimi YARAT Müasir İncəsənət Mərkəzində sizinlə uşağınız üçün “Yaradıcılıq eşqi” adlanan tədbir təşkil olunacaq!
Proqrama daxildir:

Təcrübəli uşaq təlimçisinin keçirdiyi təsviri sənət dərsləri. >Mərkəzdə nümayiş etdirilən sərgilərdə uşaq və böyüklər üçün bələdçi ilə ekskursiyalar
“Yaşıl kafe“ də böyüklər üçün fud-art (yeməklərin zövqlə bəzədilməsi) dərsləri.

4.”Təxəyyül Bacarığı”. 10-12 yaşında olan uşaqlar üçün proqram. Hər Şənbə saat 16:00-dan 18:00-a kimi YARAT Müasir İncəsənət Mərkəzində sizinlə uşağınız üçün “Təxəyyül bacarığı” adlanan tədbir təşkil olunacaq. Proqrama daxildir:

Təcrübəli uşaq təlimçisinin keçirdiyi təsviri sənət dərsləri. >Mərkəzdə nümayiş etdirilən sərgilərdə uşaq və böyüklər üçün bələdçi ilə ekskursiyalar.

Proqramlarda iştirak pulsuzdur! Sadəcə, iştirak etmək üçün əvvəlcədən inboksa (https://www.facebook.com/Yarat.Art) uşağının adını və soyadını, yaşını və əlagə telefon nömrəsini yazaraq qeydiyyatdan keçmək lazımdır.

11254461_870612966340173_7595366762007905433_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı