BAMF Azərbaycandakı QHT-ləri BMT-nin məşvərətçi statusunu almaq üçün müraciət etməyə çağırdı

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı (QHT) olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT İqtisadi və Sosial Təşkilatının (ECOSOC) BMT ECOSOC-un məşvərətçi statusunu əldə etməkdə maraqlı olan QHT-lərə müraciət zamanı yardım etməsilə bağlı məktubunu alıb. BAMF BMT-nin BMTİP, BMT QAK, UNİCEF, UNEP və.s kimi müxtəlif qurumları ilə əməkdaşlıq sahəsində uzunmüddətli və geniş təcrübəyə malikdir. BAMF 2007-ci ildən BMT ECOSOC ilə əməkdaşlıq etməyə başlayıb və 2013-cü ilin sonunda əsas məşvərətçi statusu kimi təsnif edilən xüsusi məşvərətçi statusu alıb. Hazırda BAMF 2014-ci ildən bu yana Azərbaycanda BMT-nin İqtisadi və Sosial Şurası yanında əsas məşvərətçi statusa malik yeganə QHT-dir.

Əsas məşvərətçi statusu bir sıra sahələrin inkişafına əhəmiyyətli və davamlı töhvə verən və geniş anlamda bir çox ölkələrdə cəmiyyətin əsas təbəqələrini təmsil edən Şuranın fəaliyyətinin böyük hissəsini təşkil edən QHT-lərə verilə bilən ən yüksək statusdur.

BAMF Azərbaycanda və keçmiş SSRİ məkanına aid digər ölkələrdə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının məqsəd və prioritetlərini təşviq edir. Təşkilat müntəzəm olaraq, çox sayda QHT-nin iştirakı ilə ECOSOC-a üzvlük məsələsi və onun üstünlükləri barədə bütün zəruri məlumatların verildiyi tədbirlər təşkil edir.

BAMF-ın Prezidenti Umud Mirzəyev Azərbaycanda müxtəlif QHT-ləri bu fürsətdən istifadə edərək BMT ECOSOC-un məşvərətçi statusunu almaq üçün müraciət etməyə çağırır.

May ayı qeyri-hökumət təşkilatlarının ECOSOC-un məşvərətçi statusunu almaq üçün müraciətində Qeyri-Hökumət Təşkilatları Komitəsinin 2019-cu ildə ərizəyə baxması üçün son tarixdir. Maraqlananlar 1 iyun 2018-ci ilədək ərizə və lazımi sənədləri təqdim etməlidirlər.

Bu linkdə əsas məlumat, məşvərətçi statusununüstünlükləri və istifadə qaydaları var:

Hər hansı bir sual yarandığı təqdirdə BAMF müraciət etməyə hazır olan QHT-lərlə məsləhətləşmələr aparmağa hazırdır. Bundan əlavə, BAMF Azərbaycanda BMT-nin bir sıra nümayəndələrinin iştirakı ilə QHT-lər üçün növbəti sessiya təşkil etməyi planlaşdırır. Tədbir yerli QHT-lərin BMT qurumları ilə əlaqələrinin gücləndirilməsi, ECOSOC-a üzvlük məsələsi, BAMF-nın dəstəyilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinin dəstəklənməsi və təşviq edilməsi imkanlarının müzakirəsinə yönəlib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here