RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Bank sektorunda karyera imkanları” seminarı

523

“Reduco Run” Karyera İnkişaf Mərkəzi gənclərin istəklərini nəzərə alaraq 2 avqust tarixində növbəti faydalı seminarını təşkil edir.
Hər zaman gənclər, iş axtaranlar, uğurlu karyera qurmaq istəyənlər üçün cazibəsini qoruyan bank sektorunda karyera imkanları barədə seminar ekspert Şəhriyar Əhmədovun təqdimatında olacaq.
“Bank sektorunda karyera imkanları” seminarı aşağıdakı mövzuları əhatə edəcək:
• Azərbaycanın bank sistemi haqqında ümumi məlumat, əsas göstəricilər, bank sektorunda əmək bazarının imkanları;
• Bank sektorunda çalışmağın üstünlükləri;
• Bank sistemi ilə bağlı düşüncələrdə olan bəzi miflər və onların praktiki nümunələrlə aydınlaşdırılması;
• Banklarda ayrı-ayrı vəzifələrə tələblər, praktiki nümunələrlə gördüyü işlər, vəzifənin maaş və pillə artımı, şəxsi inkişafa dəstək vermə perspektivləri: xəzinədar, əməliyyatçı, kredit mütəxəssisi, hüquqşunaslar, maliyyə hesabatları mütəxəssisləri, İnsan Resursları bölməsinin əməkdaşları, İnformasiya Texnologiyaları bölmələri üzrə;
• Qanunvericilik və bank xidmətlərinin inkişafı nəticəsində meydana çıxan yeni vəzifələr, bunlara tələblər və imkanlar;
• Son iqtisadi proseslərdən sonra banklarda karyera quruculuğu sahəsində yeni çağırışlar;
• Bankların işə qəbul sistemləri (imtahan, mühasibə və s.), bank müsahibələrində yol verilən yanlışlıqlar;

Təlimçi: Karyerasına ictimai sektorda başlamış və dövlət maliyyə sahəsində bir sıra beynəlxalq və yerli layihə və seminarların iştirakçısıdır. Bundan əlavə 3 il müxtəlif vəzifələrdə kommersiya təcrübəsinə sahibdir.
Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankında çalışır.

Təlimin Detalları:
Tarix: 2 avqust
Saat: 16:00: 18:00
Seminara giriş: ödənişsiz

Qeydiyyat üçün əlaqə vasitələri:
Tel: +994186480808
+ 994 55 794 64 96

11796219_980795381943596_86733382244121422_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı