RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Barbi gəlinciyi haqqında film çəkiləcək

27

“Ledi Berd” filminin Oskar mükafatçısı Qreta Qerviq rejissor Noa Baumbaxla birgə Barbi gəlinciyi üçün çəkiləcək filmə ssenari yazacaq.

TASS agentli xəbər verir ki, Qreta Qerviq həmçinin filmin rejissoru da ola bilər. Filmdə baş rolu avstraliyalı aktrisa Marqo Robbi canlandıracaq.

Məlumatda bildirilir ki, bu rolu ona dünyada məşhur gəlincik istehsalçısı olan “Mattel” korporasiyası təklif edib. Layihədə şirkətin tərəfdaşı “Warner Bros” kinokompaniyasıdır.

Filmin süjet xəttinə görə baş qəhrəman mükəmməl olmadığı üçün Barbilənddən qovulur. Real həyatla təkbətək qalan Barbi anlayır ki, xoşbəxtliyin açarı mükəmməllikdə deyil.

Xatırladaq ki, ilk Barbi gəlinciyi 1959-cu ildə buraxılıb. Sonradan çeşid artaraq müxtəlif etnik qruplara, irqlərə hətta ixtisaslara mənsub olan gəlinciklər istehsal olunmağa başlayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı