Baş direktor: “İTV-də kadr islahatları olacaq, tamaşaçı yeniliyi hiss edəcək”

“Müasir Azərbaycana müasir televiziya lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru Balakişi Qasımov jurnalistlərə açıqlamasında deyib.

Baş direktorun sözlərinə görə, tamaşaçı televiziyadakı yeniliyi hiss edəcək: “Çalışacağıq ki, planlarımızı qısa müddətdə həyata keçirək”.

O qeyd edib ki, televiziyada kadr islahatları olacaq: “Bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, işləməyi bacaranlar narahat olmasınlar”.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here