Baş nazir bu həftə hesabat verəcək

Baş nazir Novruz Məmmədov bu həftə hesabat verəcək.

Azvision.az xəbər verir ki, parlamentin martın 15-də keçiriləcək iclasında Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək. Hesabatı baş nazir Novruz Məmmədov təqdim edəcək.

Qeyd edək ki, bu, Novruz Məmmədovun baş nazir kimi Milli Məclisə təqdim etdiyi ilk hesabat olacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here