Baş nazir prezidentlərin gözlənilən görüşünü alqışlayır

Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır. Verilən məlumata görə, Tereza Mey bu barədə Brüsseldə NATO ölkələri liderlərinin işgüzar nahar zamanı bildirib.

T.Mey qeyd edib ki, Rusiya-Britaniya münasibətlərində gərginliyin artmasına baxmayaraq Britaniyanın uzunmüddətli perspektivdə məqsədi Rusiya ilə konstruktiv münasibətlərin qurulmasıdır: “Buna görə mən prezident Tramp və prezident Putin arasında gözlənilərn görüşü alqışlayıram: ABŞ və Rusiya arasında kommunikasiya kanallarının yaradılması əsas məqamdır”.

Qeyd edək ki, ABŞ və Rusiya liderləri arasında görüş iyulun 16-sı Helsinkidə baş tutacaq.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here