Bayraq

Bayraq

Qüdrət Kərimli

Başımız üstündə dalğalanırsan,
Ömrüm,səadətim,varlığım bayraq.
Ulu babamızdan yadigar qalan
Koroğlu qüvvəsi daşıyan bayraq!

Türklüyün carçısı,haqqın səsisən.
Cavad xanın,Babəkin nərəsisən.
Vətənin yenilməz sərkərdəsisən,
Qədim tariximin yaddaşı bayraq!

Mənim xəzinəmin qiyməti sənsən.
Yenilməz gücümün qüdrəti sənsən.
Suverenliyimizin mənbəyi sənsən,
Müstəqilliyimizin əsası bayraq.

Sən yanan məşəlsən,sönməyəcəksən
Əbədi yaşarsan,ölməyəcəksən.
Bir daha yüksəkdən enməyəcəksən,
Daim ucalarda dayanan bayraq!