BDU-da “Gələcək üçün” növbəti görüş

Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən reallaşdırılan “Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş Bakı Dövlət Universitetində keçirilib. GTM-dən SİA-ya bildiriblər ki, marafonun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərini gənclər arasında təbliğ etməkdir.

Mərkəzin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaş yönümlü prinsiplər əsasında təşkilini təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır.

Marafonun təlimçisi, “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

Xatırladaq ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək. “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” devizi altında keçirilən təlimlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də təşkil olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here