BDU-da “Qan qrupu və sənin xarakterin”adlı təlim keçirilib

BDU-da Biologiya fakültəsinin dosenti Sevda Tahirlinin təşəbbüsü ilə “Qan qrupu və sənin xarakterin” adlı təlim keçirilib.

Universitetin mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, təlimdə universitetin yüzdən çox tələbəsi iştirak edib. Təlimçi qan qruplarından asılı olaraq insan xarakterinin müəyyən edilməsi, qarşı cinslə münasibətdə qan qruplarının uyğunlugu,qəbul etdiyimiz qidaların qan qrupundan asılı olaraq təsiri və s. mövzulardan bəhs edib. Tələbələrin marağına səbəb olan seminarda çoxsaylı suallara aydınlıq gətirilib. Təlimçi vaxt ayırıb gəldiklərinə görə bütün tələbələrə təşəkkür edib və belə görüşlərin davamlı olmağını arzulayıb.
Qeyd edək ki, Sevda Tahirli, eyni zamanda, Mirzə Ələkbər Sabir Fondunun prezidentidir və Fond tərəfindən həyata keçirilən əksər layihələr gənclərin maarifləndirilməsinə, milli və mənəvi dəyərlərin qorunub saxlanılmasına həsr edilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here