BDU-nun tələbələri Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif olundular

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə ikinci kurs tələbələri  Bakı Dövlət Universiteti və Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkiltçılığı ilə keçirilən “Misiri tanıyaq” layihəsində iştirak etdilər. Layihənin təqdimatı Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirildi. Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri Əhməd Sami Elaydi açaraq iştirakçıları salamladı, ərəb dilinin əhəmiyyətindən, bu cür tədbirlərin tələbələrin həvəsləndirilməsində xüsusi rolundan danışdı, layihədə iştirak edən tələbələrə uğurlar arzuladı. Daha sonra BDU Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müəllimi, layihənin rəhbəri f.ü.f.d. Könül Eyvazova  BDU Şərqşünslıq fakültəsinin rəhbərliyi adından Mərkəzə təşəkkür etdi, ərəb dilinin öyrənilməsinin əhəmiyyəti, Universitetdə ərəb dilinin tədrisi və bu sahədə ilk layihə olan “Misiri taniyaq” layihəsi haqqında tədbir iştirakçılarına məlumat verdi, bu cür tədbirlərin tələbələrdə ərəb dilinin mənimsənilməsinə, ərəb dünyasının öyrənilməsinə maraqlarının artmasına, təcrübə və danışıq vərdişlərinin yüksəldilməsinə təkan verəcəyini qeyd etdi. BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev də tədbir iştirakşılarını salamladı, tələbələrə uğurlar arzuladı. Sonra layihənin təqdimatı başladı.

Qeyd edək ki, II kurs tələbələri hər biri iki nəfərdən ibarət olmaqla  4 qrupdan ibarət idilər.

I qrup:Pərvazlı Heydər, Sayılov İmran – Misirin tarixi;

II qrup: Fərzəliyeva Jalə, Zamanova Lalə – Misirin coğrafiyası;

III qrup: Bağırova Arzu, Heydərli Aydan – Misirin paytaxtı Qahirə şəhəri;

IV qrup: Həbibova Elvina, Qədirova Fidan – Misirin mədəniyyəti –

haqqında təqdimatlarla çıxış etdilər. Tələbələr mövzularla bağlı ərəb dilidə yüksək səviyyədə hazırlıq nümayiş etdirərək bir-birindən maraqlı təqdimatlar keçirdilər.Təqdimatlar Misir Mədəniyyət Mərkəzi və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

Təqdimatdan sonra çıxış edən Mərkəzin rəhbəri Əhməd Sami Elaydi tələbələrin çox maraqlı və yaradıcı çıxışlar etdiklərini vurğuladı və belə tədbirlərin davamlı olmağını arzuladı. Layihədə iştirak edən bütün tələbələrin çıxışları yüksək qiymətləndirilərək tələbələr Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin Medalı ilə təltif olundular. Görüşün sonunda tələbələrə sertifikatlar, medallar təqdim olundu, xatirə şəkilləri çəkildi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here