İQTİSADİYYAT 2020.01.14 17:35

Belarus rus neftini Bakı neftiylə əvəzləməyə hazırlaşır

31

Belarus Ukrayna, Azərbaycan, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft alışı ilə bağlı təklif göndərib.

Bunu Belarus Baş nazirinin birinci müavini Dmitri Krutoy deyib.

“Hökumət alternativ neft tədarükü sxemləri hazırlamağa davam edir, bütün mümkün variantları tədqiq edir. Biz lazımi kommersiya təkliflərini artıq göndərmişik. Bütün zavodlarımızın, neft şirkətlərimizin kommersiya xidmətləri praktik olaraq gündəlik rejimdə danışıqlar mövzusudur. Düşünürəm ki, biz konkret neft tədarüküylə bağlı alternativ variantları tezliklə ələ alacağıq”, – deyə o bildirib.

O, Belarusun Rusiyanın neft şirkətlərinə neftin qiyməti üçün əvvəlki həcmdə pul ödəməyi iqtisadi baxımdan səmərəsiz hesab etdiyini söyləyib.

Qeyd edək ki, Minsk və Moskva arasında Belarusa neft və neft məhsullarının tədarüküylə bağlı elə də asan olmayan danışıqlar aparılır. Tərəflər arasında bu istiqamətdə razılaşma imzalanmadığına görə 3 yanvardan etibarən Belarusa Rusiyadan neft tədarükü dayanıb. Nəticədə neft emalı zavodlarının yüklənməsi minimal həddə endirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı